Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Elşən Mehdiyev küçəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əlislamov Asif Nazim oğlu küçədə tanıdığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı naməlum şəxs onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

.