Bakının Xətai rayon sakini dava zamanı bıçaq xəsarətləri alıb.

Hadisə Sarayevo küçəsi 38 ünvanında qeydə alınıb.

Əhmədli qəsəbəsində 1981-ci il təvəllüdlü Nuriyev Rahid Əvəz oğlu naməlum şəraitdə bıçaqlanıb. 

O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.

.