
Bakıda gənc oğlan özünü öldürmək istəyib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. Əsəb xəstəliyindən əziyyət çəkən gənc özünü yandırmaq istəyib. Amma bundan öncə o həm də benzin içib.
Bakı sakini, 1994-cü il təvəllüdlü İ.Əzizov özü ilə gətirdiyi plasmas qabda olan benzinin yarısını içib, qalanını isə üzərinə tökərək özünü yandırmaq istəyib.
Bu zaman ətrfdakı adamlar tərəfindən intiharın qarşısı alınıb. İ.Ə Toksokologiya Mərkəzinə yerləşdirilib.