Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" markalı minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində "Mersedes" markalı minik maşınının sürücüsü dünyasını dəyişib. Ölən sürücünün həyat yoldaşı və oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

.