Son günlər Bakı Qızlar Universitetinin adı mətbuatda və sosial şəbəkələrdə çox hallanır.  Valideyinlər, tələbələr ali təhsil müəssəsindəki özbaşnalıqdan bəhs edirlər.

İki övladı Bakı Qızlar Universitetində təhsil alan  Elçin Yaqubov Təhsil Naziri Emin Əmrullayevə, Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədri  Günel Səfərovaya redaksiyamız vasitəsi ilə  müraciət edib. Müraciət olduğu kimi dərc edirik.

Bakı Qızlar Universitetinin iki tələbəsinin valideyni olaraq müraciət edərək, mənə köməklik etməyinizi sizdən xahiş edirəm. Belə ki, Bakı Qızlar Universitetində 2 övladım təhsil alır. Hər iki övladımın tədris müddətində çalışmalarına fənləri mənimsəməsinə baxmayaraq Bakı Qızlar Universitetində biliyə, bacarığa qiymət verilmir, dərəbəylikdir.  Qanunsuzluq, özbaşınalıq, tələbələrə qarşı məsuliyyətsizlik, rəhbərlik və tələbə arasında münasibət, şantaj, hədə-qorxu, nizam- intizamın olmaması, bir tələbənin 10-12 il təhsil alması, imtahan vərəqələrinin Universitet rəhbərliyi tərəfindən ləğv etməsi və qanunsuz olaraq yenidən imtahan günü təyin etməsi, haqsızlıq, ədalətsizlik hökm sürür.

Bütün özbaşnalığın başında duran Universitet rəhbəri Ağarəhim Rəhimov və qızı rektor Sevinc Rəhimovadır. Yay tətilinə baxmayaraq çox saylı tələbələrin bölgələrdən gəlib getməsini məcbur edirlər. Buda insanları incitmək deməkdir. Mənim əlimdə lazımi qədər faktlar ( Ağarəhim Rəhimov və tələbə arasında olan səs yazısı) var. Hal-hazırda İctimai Şuranın sədri olaraq, sizə müraciət etməklə məqsədim odur ki, Bakı Qızlar Universiteti bir ailənin əlində cəmləşərək, tələbələri və tələbələrin valideynlərini incidirlər, heç kəsdən çəkinmirlər,Azərbaycan Respublikasının qanunları və Təhsil haqqında qanunları qətiyyətlə bunlara aid deyil. Hal-hazırda 2 övladımın başqa universitetə köçürülməsi  üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişəm. Həmin Universiteti İctimai Şuranın nəzarətə götürməsinə və yoxlanılmasını bir Azərbaycan vətəndaşı kimi sizdən xahiş edirəm.  Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Ali Baş Komandan dəfələrlə çıxışlarında bildirib ki, məmurlar vətəndaşları incitməsin, məmurlar vətəndaşların xidmətçisidir. Faktları təqdim etməyə hazıram. Əvvəlcədən sizə və sizin Şura üzvlərinizə minnətdarlığımı bildirirəm.(https://mektebgushesi.az)

.