Bakı-Ələt-Qazax magistral yolunda 10-dan çox avtomobilin iştirakı ilə baş verən qəzada ölən və yaralananlar var. 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

“Hazırda əməkdaşlar hadisə yerindədir. Baş verən qəzada VAZ-2107 markalı avtomobildə bir nəfər ölüb. Ölən şəxsin kimliyi hələ məlum deyil”, - deyə o qeyd edib.

****

Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.

Hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib.

Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

.