Dünəndən etibarən Bakı şəhəri üzrə təbii qazın verilməsində problemlər yaranıb.

Yenizaman.az AzNews.az-a istinadən xəbər verir ki, bəzi ərazilərdə təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Rayonların əksəriyyətində isə qaz həddən çox azaldılıb.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, hazırda ölkə üzrə əhaliyə verilən təbii qazın tələbata uyğun olaraq verilməsi istiqamətində işlər gedir: "Havaların dəyişməsi ilə əlaqədar təbii qazın azalmasına görə bizə müraciətlər daxil olur. Çatışmazlıqlar yaşanan ərazilərdə problemlər aradan qaldırılır. Hansı ərazilərdən ki, müraciət daxil olur, orada təbii qazın verilməsi təmin edilir”.

.