
Bakı Neftayırma Zavodunun Bakıdan kənara nə zaman köçürüləcəyinə aydınlıq gətirilib.
Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə məlumat verib.
Elşən Hacızadə deyib ki, bununla bağlı iki ssenari var: “Biri modernləşdirmə layihəsidir. Burada zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi məsələsi var. Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, 2030-2031-ci ilə nəzərdə tutulur”.
Nazirlər Kabinetinin şöbə müdiri bildirib ki, zavodun 2030-cu ilə qədər köçürülməsi nəzərdə tutulur.
.