Bakı metropolitenində stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb.
Yenizaman bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Bununla əlaqədar hər bir ventilyatorun iş rejimi təsdiq edilib.
Qeyd edək ki, 2018-ci ildən Bakı metropolitenində güclü ventilyatorların işi fəsillərə uyğun prinsiplər əsasında tənzimlənir. Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə (aprel və noyabr aylarında) dəyişdirilirdi. Bakının iqlim şəraiti nəzərə alınmaqla tətbiq edilən yeni qayda havalandırma şəraitinə nəzarəti daha da yaxşılaşdırılaraq, dövrü monitorinqlər əsasında ən uyğun prinsiplərlə tənzimləməyə imkan verir.
Yeni qrafik zamanı hava haqqında proqnozlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları, eləcə də gündəlik nəzarət və tənzimləmə mexanizmləri də diqqətdə saxlanılacaq. Bunun əsasında ventilyatorların iş rejiminə bu və digər dəyişikliklər də tətbiq ediləcək.
.