Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə metronun "Xalqlar Dostluğu” stansiyasının girişində baş verib.
Belə ki, naməlum şəxslə mübahisə zəmnində 25 yaşlı Ceyhun Hüseynov budundan bıçaqlanıb. O arteriya damarından bıçaqlandığı üçün çoxlu qan itirib. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
.
