Bakı metrosunda qadına qarşı soyğunçuluq edilib.

Hadisə yanvarın 6-da paytaxt ərazisindəki metro stansiyalarının birində qeydə alınıb.

Belə ki, naməlum şəxs S.İbrahimovaya qarşı soyğunçuluq edib.

Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş C.Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
.