Bu gün səhər saatlarında Bakı metrosunda həyacanlı dəqiqələr yaşanıb.

Dərnəgüldən Həzi Aslanov istiqaməti üzrə hərəkət edən 23 saylı qatar tuneldə qalıb.

"Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev açıqlamasında bildirib ki, artıq problem aradan qaldırılıb:

Bu istiqamətdə hərəkət edən 23 saylı qatarda texniki nasazlıq yaranıb. Arxadan gələn qatarlarda növbə yaranıb. Bu səbəbdən də qatarlar arasında gecikmə müşahidə edildi.


.