Bakı metropoliteni işçilərinin peşə bayramının vaxtı dəyişdirilib.
Bununla bağlı Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı metropoliteni işçilərinin peşə bayramı noyabrın 8-dən 6-na keçirilib.
.