Bu il Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçirilən Bakı Humanitar Forumunun müntəzəm keçirilməsinin bərpası planlaşdırılır.

Bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Forum pandemiya səbəbindən təxirə salınmışdı, lakin epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar ənənəvi forumun bu il davam etdirilməsi planlaşdırılır: “Bütün bu tədbirlər insanlar arasında əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi baxımından çox məhsuldardır",- deyə Şahin Mustafayev qeyd edib.

.