Bakı-Ələt-Astara yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Yolun Cəlilabad rayonundan keçən hissəsində “Hyundai Santa fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.

Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb.DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Araşdırma aparılır.

.