
Dünən axşam saat 23 radələrində Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Dəmir yolu ilə hərəkət edən qatar relsdən çıxaraq aşıb. Nəticədə həmin xətt üzrə hərəkət edən qatarların hərəkəti dayanadırılıb.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bir neçə saat ərzində hərəkətin bərpa olunmasını təmin ediblər.
Qəzanın səbəbləri araşdırılır.
Hadisə nəticəsində xəsarət alan olmayıb.