
"Azərbaycan Hava Yolları” (AZAL) gələn il martın 27-dən etibarən Bakıdan Berlinə müntəzəm aviareysləri bərpa edəcək. "Report” AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 08:00-da, Tegel Beynəlxalq Hava Limanına ("A” terminalı) enmə yerli vaxtla saat 09:55-də, Berlindən uçuş yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə Bakı vaxtı ilə saat 18:25-də olacaq.
Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır. Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu "Airbus A319" laynerləri ilə həyata keçiriləcək.
.