![](/uploads/img/posts/2024/04/19/2jpg-1713511562.jpg)
“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Oxu.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 20-də saat 09:15-də Bakıdan Ağstafaya, aprelin 21-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
.