
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının dördüncü günü başa çatıb.
Gün ərzində 17 dəst medal sahibini tapıb.
Azərbaycan yığması günü 3 medalla başa vurub. İdmançılarımız 1 qızıl və 2 bürünc əldə ediblər. Hər üç mükafat cüdoçuların hesabındadır.
Bunadək yığmamızın heyətində yalnız güləşçilər fərqlənmişdilər. Yarışın dörd günündən sonra millimizin medal sayı 19-a çatıb. Bunlardan 9-u qızıl, 5-i gümüş, 5-i bürüncdür.
İlk üç günü zirvədə başa vuran Azərbaycan 1-ci pilləni əldən verib. Rusiya yığması qızıl medal sayını 13-ə, ümumi mükafatlarını isə 32-yə çatdıraraq 1-ci pilləyə yüksəlib. 3-cü yeri isə Türkiyə ələ keçirib.
Ümumilikdə, 4 gün ərzində 57 dəst medal sahibini tapıb. Bu mükafatları 32 ölkə təmsilçisi qazanıb. Çempionların şərəfinə 17 ölkənin himni səsləndirilib.
yer | ölkələr | qızıl | gümüş | bürünc | Cəmi |
1 | Rusiya | 13 | 8 | 11 | 32 |
2 | Azərbaycan | 9 | 5 | 5 | 19 |
3 | Türkiyə | 6 | 4 | 5 | 15 |
4 | Böyük Britaniya | 5 | 5 | 2 | 12 |
5 | İtaliya | 4 | 4 | 3 | 11 |
6 | Rumıniya | 3 | 3 | 0 | 6 |
7 | Belarus | 3 | 0 | 5 | 8 |
8 | Polşa | 3 | 0 | 2 | 5 |
9 | Xorvatiya | 3 | 0 | 0 | 3 |
10 | Gürcüstan | 1 | 4 | 4 | 9 |
11 | Almaniya | 1 | 3 | 9 | 13 |
12 | Ukrayna | 1 | 2 | 5 | 8 |
13 | Norveç | 1 | 2 | 1 | 4 |
14 | İspaniya | 1 | 1 | 4 | 6 |
15 | Estoniya | 1 | 0 | 2 | 3 |
16 | İrlandiya | 1 | 0 | 1 | 2 |
17 | Avstriya | 1 | 0 | 0 | 1 |
18 | Macarıstan | 0 | 4 | 7 | 11 |
19 | Fransa | 0 | 3 | 4 | 7 |
20 | Belçika | 0 | 3 | 1 | 4 |
21 | Moldova | 0 | 1 | 3 | 4 |
22 | Portuqaliya | 0 | 1 | 0 | 1 |
22 | İsveç | 0 | 1 | 0 | 1 |
22 | Bolqarıstan | 0 | 1 | 0 | 1 |
22 | Çexiya | 0 | 1 | 0 | 1 |
22 | Finlandiya | 0 | 1 | 0 | 1 |
27 | Yunanıstan | 0 | 0 | 1 | 1 |
27 | Danimarka | 0 | 0 | 1 | 1 |
27 | Kipr | 0 | 0 | 1 | 1 |
27 | Serbiya | 0 | 0 | 1 | 1 |
27 | İsrail | 0 | 0 | 1 | 1 |
27 | Latviya | 0 | 0 | 1 | 1 |
Cəmi | 57 | 57 | 80 | 194 |