Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı – "Parabank”, "Zaminbank”, "Kredobank” və "Dekabank” ASC-lərdə kompensasiya olunacaq əmanətlərin ümumi yekun məbləği 110,714 mln. manat təşkil edib. "Report” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) açıqlamasında bildirilir.

Xatırladaq ki, Fondun icraçı direktoru Azad Cavadov bir həftə öncəkeçirdiyi mətbuat konfransında sözügedə rəqəmin 127 mln. manata yaxın olduğunu açıqlamışdır. Aparılan dəqiqləşdirmələrdən sonra isə kompensasiya olunacaq əmanətlərin ümumi məbləğinin17 mln. manat az olduğu üzə çıxıb:

BankFiziki şəxslərin
ümumi əmanətləri
(mln. manat)
Qorunan əmanətlər
(mln. manat)
Kompensasiya olunan
əmanətlər
(mln. manat)
Qorunan əmanətçilərin
sayı
1"Parabank”87,61961,94943,78818 970
2"Zaminbank”53,63253,63136,35010 742
3"Kredobank” 30,20620,95627,7684 542
4"Dekabank”5,5853,7672,807133

Qeyd edək ki, yaranmış fərqlə bağlı ADİF-in icraçı direktoru A.Cavadov bu gün rəsmiaçıqlama verəcək.

.