İraqın paytaxtı Bağdadın müxtəlif rayonlarında törədilən partlayışlar nəticəsində 7 nəfər ölüb, 17-si yaralanıb.
 
"Report” "Anadolu”ya istinadən xəbər verir ki, iki yerdə əldəqayırma qurğu, üçüncüdə isə partlayıcı yüklənmiş avtomobil partladılıb.
 
Məlumata görə, partlayışların məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma öz üzərinə götürməyib.
.