Bu gün İraqın paytaxtı Bağdad şəhərində yenidən terror hadisəsi baş verib.

Strateq.az "Əl-Cəzirə”-yə istinadən xəbər verir ki, hadisə Bağdadın şimalındakı Əl-Rəşidiyyə bölgəsində yerləşən bazarda baş verib. Terror partlayıcı yerləşdirilmiş avtomobilin işə salınması nəticəsində baş verib. Partlayış nəticəsində 7 nəfər həyatını itirib və 32 nəfər yaralanıb. Hələki heç bir qruplaşma hadisənin məsuliyyətini  öz üzərinə götürməyib.
.