
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.
Bu barədə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 18 avqust - 1 sentyabr 2025-ci il tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 avqust saat 16:00-dan 1 sentyabr saat 16:00-dək miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
.