22 yaşlı gənc ürək və ağciyər çatışmazlığından əziyyət çəkir.
Bu barədə Yenizaman.Az-a onun özü məlumat verib.
Cabar Abdurrəhmanov bildirib ki, o, anadangəlmə ürək qüsurludur və yataq xəstəsidir:
“Ailəmin hazırkı maddi vəziyyəti müalicəyə imkan vermir. Dəfələrlə yerli xəstəxanalarda müalicə və müayinə olunmuşam. Getdiyim hər xəstəxanadan isə eyni cavabı deyiblər. Mənim sağalmağım, normal həyata qayıtmağım, ailəmə yük olmamağım üçün Belarusda əməliyyat olunmalıyam. Lakin artıq əməliyyata maddi imkanımızın çatmadığını qəbullanmışam.
Dərmanlarımı almaq üçün atam günəmuzd çalışaraq 10 manat qazanır. Amma bununla hər ay dərmanlarımı almaq qeyri-mümkündür. Həkimim bildirir ki, nəfəs almaqda çətinlik çəkdiyim üçün süni tənəffüs aparatı almalıyıq. Bunun qiyməti isə 2500 manatdır. Gecələr ağrıdan yata bilmirəm. Mənim bir bacım da ürək çatışmazlığından vəfat edib. Xalqımdan xahiş edirəm, kömək etsinlər. Mən ölmək yox, yaşamaq istəyirəm”.
Əlaqə nömrəsi: 051 408 38 87
.