Ötən gün axşam saatlarında Bakının Babək prospektində güclü yanğın hadisəsi baş verib.
Bu barədə hadisə şahidləri məlumat veriblər. Hadisənin görüntülərini "qaynar xətti”mizə göndəriblər.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı şəhərinin Xətai rayonunda qeydə alınıb.

Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.
