
İŞİD silahlıları İraqın şimalında casus olduğu ehtimal edilən şəxsin uşaq tərəfindən qətlə yetirilməsi səhnəsinin əks olunduğu videonu yayıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD qruplaşmasının internetdə fəaliyyətini araşdıran SITE təşkilatı məlumat yayıb.
Təşkilatın dərc etdiyi videoda ərəbcə danışan uşaq tapança ilə narıncı geyimli girova bir neçə dəfə atəş açır.