Bu gün Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Hadisə günorta saatlarında AzTV-də qeydə alınıb.

Belə ki, telekanalın Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov  faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

.