"Azneft" İstehsalat Birliyində kadr dəyişikliyi aparılıb.
Bu barədə AzNews.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, 28 May NQÇİ-nin rəisi Rövşən Qarayev Birliyin Qaz anbarları idarəsinə rəis, həmin idarənin rəisi Zaur Bağırov isə 28 May NQÇİ-nin rəsi təyin edilib.
Bundan əlavə 28 May NQÇİ-nin 19-cu platformasında baş verən qəza ilə əlaqədar quyuların əsaslı təmir sexinin rəisi Qahir Bəylərov, onun müavini Anar İsmayılov, usta Ağacəfər Nəzərov, qazmaçı İbrahim İbadov da işdən azad olunublar.
M.Qəhrəmanlı işdən çıxarılan şəxslərin hüquqlarını müdafiə etməyə hazır olduğunu deyib: "Onlar özlərini təqsirkar bilməsələr də, 28 May NQÇİ-nin həmkarlar təşkilatı (HT) bu işçilərin işdən çıxarılmasına razılıq verib. Özünü qəzada günahkar hesab etməyən işçilərdən biri bizə müraciət edib”.
