"Fənərbaxça"da prezident seçkiləri keçirilib.

Bu gün İstanbul klubunun növbədənkənar seçkilərində yeni prezidentin adına aydınlıq gəlib.

Seçkilərdə Aziz Yıldırım və Hakan Safi mübarizə aparıb.

Klub üzvləri səsvermə yolu ilə ən azı növbəti 1 ildə "Fənərbaxça"ya rəhbərlik edəcək şəxsi seçiblər. Yıldırım səsvermədə aşkar üstünlüklə qələbə qazanıb. O, yenidən klubun prezidenti seçilib.

Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə "Fənərbaxça"nın prezidenti olub.

O, 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.

.