Teleqraf.com-un "Üçü birində” rubrikasının növbəti qonağı Türkiyədə fəaliyyət göstərən sənətçimiz azəri qızı Güneldir.

 

- Son oxuduğunuz kitab…

 

- Kitab oxumağı çox sevirəm. Bəlkə də, mənim qədər kitab oxuyan yoxdur. Amma əvvəlki illərə nisbətən bu il çox oxuya bilmədim. Çünki işlərim oldu. Məsələn, hazırda Azərbaycandayam, toylara gedirəm, klip çəkdirirəm. İndi daha çox kitabın mündəricat hissələrini oxuyuram (gülür). Sonuncu oxuduğum kitab Frederik Beqbederin "Romantik eqoist” əsəridir.

 

- Baxdığınız film…

 

- Film izləməyi çox sevirəm. Əsasən axşamlar izləyirəm. Ən son izlədiyim film Özcan Dəniz və Nurgül Yeşilçayın baş rolunu canlandırdıqları "İkinci şans”dır. Yeni filmləri vaxt olduqca izləməyə və qala gecələrinə getməyə çalışıram.

 

- Dinlədiyiniz mahnı…

 

- Müğənnilər, adətən, musiqi seçimində kaprizli olurlar, amma mən elə deyiləm. Bütün xarici musiqiləri, klassik, pop, rok – fərqi yoxdur, dinləyirəm. Türk estradasından isə Murat Bozun bütün mahnılarını sevərək dinləyirəm. Ən son dinlədiyim də Murat Bozun "Adını Bilen Yazsın” mahnısıdır.

 

Rəqsanə

Tarix: 27 Dekabr - 13:16
.