Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyiilə müzəffər Azərbaycan Ordusu yeni tarixyazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geriqayıtdı!

Azərbaycanın vətənpərvər şirkəti olan “Azercell Telekom” da şanlı qələbəyə öz töhfəsini verməkdədir. Sevinc və fəxrlə bildiririk ki, artıq Şuşada Azercell-in ilk 4G şəbəkəsi fəaliyyət göstərir. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hal-hazırda orada olan əsgərlərimiz yaxınları  ilə  əlaqə saxlaya, həmçinin ən sürətlimobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Xatırladaqki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraqAzercell-in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Azercell-in bu doğma ərazilərdə quraşdırdığı radio bazastansiyaları LTE texnologiyasınaaiddir.

Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcədə tezliklə öz evlərinəq ayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. Azercell-in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.

Azercell Azərbaycanda heç bir ərazini bağlantısı zqoymayacaq!

Qarabağ  Azərbaycandır!
 

.