
«Üç aydır onsuz da az olan əmək haqlarımızı vermirlər. İşçilərin 95%-i məcburi məzuniyyətə göndərilib». Bu barədə Sumqayıt Boru Prokatı zavodu "Azərboru” ASC-nin mətbuatdakı müraciətində bildirilir.
İşçilər qeyd edir ki, bu ilin martından yemək verilmir. Müəssisədə əmək haqqı orta hesabla 250 manatdır.
2013-cü ilin yayında dövlət "Azərboru” ASC-nin səhmlərinin 97,39%-i özəlləşdirib və onları "Baku Steel Company” MMC alıb. Şirkət müəssisəyə 5 mln 267 min manat investisiya qoymaq öhdəliyi götürüb.
Maydan fəaliyyəti dayanan zavodda 1100 işçi var.
"Baku Steel Company” MMC-nin mətbuat katibi Namiq Əhmədov Turan-a bildirib ki, şirkətin maliyyə çətinlikləri var. Amma Sumqayıt Boru Prokatı zavodunun işçilərinə əmək haqqı ödəmək üçün yollar aranır.
.