Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.
Bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.
Görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.
Hikmət Hacıyev Andrea Corao Faria ilə Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.
“Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə 2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində görüşməkdən məmnun oldum”, - Prezidentin köməkçisi əlavə edib.
.
