Avropada yaşayan azərbaycanlılar bu gün Strasburqda, Avropa Şurasının binasının qarşısında etiraz aksiyası keçiriblər.

Fransa, Hollandiya, Almaniya və Avropanın digər ölkələrindən gəlmiş çoxsaylı aksiya iştirakçıları AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi son qətnaməyə, Türkiyənin AŞPA-nın monitorinq mərhələsinə salınmasına qarşı şüarlarla çıxış ediblər. Eyni zamanda, AŞPA-nın Azərbaycan və Türkiyəyə qarşı apardığı ikili standart siyasətinə etiraz bildirilib.(apa)

.