Rəqqasə Aytən biznes ledi olacaq.

Axşam.az-a açıqlama verən sənətçi özünə geyim mağazası açacağını bildirib:

"Uşaqlıqdan iki arzum var idi: rəqqasə olmaq, butik açmaq. Yaxın günlərdə mağaza arzumu da reallaşdıracam. Orada üzəri əl işləmələri olan rəqs paltarları satacam. Onu da bildirim ki, 32-yə yaxın rəqs paltarım var. Onları da satışa çıxaracam. Geyindiyim rəqs paltarlarının hamısı əl işləməsidir. Çox dəyərlidilər”.
.