Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın guya Ermənistan tərəfə keçməsi haqda erməni mediasının yazdıqları yalandır.
AzNews.az xəbər verir ki, bu barədə Report-a Tovuz rayon İcra Hakimiyyətinin Yanıqlı kənd üzrə nümayəndəsi Yaşar İsmayılov bildirib.
İcra nümayəndəsi qeyd edib ki, bu xəbərlər həqiqəti əks etdirmir:
"Tovuz rayon Yanıqlı kəndində bu adlı, soyadlı sakin yoxdur. Erməni mediasında adı yazılmış şəxsin atasının adı da uydurma olması ilə diqqət çəkir”.
Qeyd edək ki, "News.am” erməni saytı bu gün 39 yaşlı Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın qarşı tərəfə keçməsi haqda xəbər yayıb.
***
22:41
Bü gün Azərbaycan vətəndaşı olan qadın sərhədi pozaraq Ermənistana keçib.
Bu barədə "NEWS.am" saytına Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.
Armen Kaprielyan bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinə məlumat verilib.
"İyunun 7-də Azərbaycan - Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, - deyə o bildirib.
Hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.
Anspress.com
