Dünən axşam Qazaxıstanın Aktau şəhərindən Bakıya uçan sərnişin təyyarəsinə bilet almış azərbaycanlı qadın aeroportda ölüb.
Virtualaz.org saytı Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, təyyarəyə minik başlamasına az qalmış 46 yaşlı qadının vəziyyəti pisləşib. Onun IV dərəcəli qaraciyər serrozundan əziyyət çəkdiyi, aeroporta gələndə vəziyyətinin pisləşdiyi bildirilir.
Aktau beynəlxalq aeroportunun əməkdaşları ona təyyarəyə minməyə icazə verməyiblər. Belə ki, bu vəziyyətdə olan xəstələrin təyyarəyə minməsi beynəlxalq aviasiya konvensiyasına əsasən qadağandır.
Təyyarə iyunun 11-də yerli vaxtla axşam saat 20:00-də havaya qalxıb, saat 20:08-də isə aeroportda qalan sərnişin keçinib. Bildirilir ki, qadın Qazaxıstanda daimi yaşayırmış və ölüm ayağında vətəninə gəlmək istəyirmiş.

.