Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa məhəlləsində 18 yaşlı qız birgə yaşadığı azərbaycanlı oğlan tərəfindən vəhşicəsinə qətlə yetirilib.

“Sabah”ın yaydığı məlumata görə, Vüsal Orucov adlı şəxs dini nikahda olduğu Sevilay Kayanın boğazını bıçaqla kəsib. Daha sonra o, öldürdüyü qızın qanı ilə divarda belə bir yazı yazıb: “Xəyanətin cəzası ölümdür”.

Vüsal Orucov könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

Öldürülən qızın anası hadisənin şokundan huşunu itirib. Hazırda qadın xəstəxanadadır.

Hadisə ilə bağlı istintaq işləri davam edir.
 

.