Azərbaycanlı hakim Akif Əmirəli Yunanıstan çempionatının oyunu zamanı yüngül xəsarət alıb.

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, XXXIII turun PAOK – “Aris” görüşünün 26-cı dəqiqəsində meydan sahiblərinin azarkeşi topu yan xətdən oyuna daxil etmək istəyən qonaqların futbolçusuna şüşə butulka atıb. Lakin butulka laynsman Əmirəlinin başına dəyib. Xoşbəxtlikdən referi ciddi xəsarət almayıb və mübarizə davam etdirilib.

Qeyd edək ki, PAOK-un 3:2 hesablı qələbə qazandığı görüşü FIFA referisi Əliyar Ağayev idarə edib.

.