"Parkour" idman növü ilə məşğul olan Nurlan Əlizadə adlı azərbaycanlı gənc, binaların damına çıxaraq təhlükəli hərəkətlər edir. O, bundan zövq aldığını və zamanının böyük hissəsini buna həsr etdiyini deyir. Bizimyol.info-ya açıqlama verən Nurlanın dediyinə görə, onun 16 yaşı var və 10-cu sinifdə oxuyur. Nurlan dostu ilə vaxtlarının bir hissəsini bu təhlükəli hərəkətlərə sərf etdiyini deyir. Azərbaycanlı gəncin görüntülərini təqdim edirik:

Hərəkətləri təkrarlamamağınız məsləhətdir.


.