Rusiyanın Yekaterinburq şəhərində Çkalovsk rayon məhkəməsi azərbaycanlı futbolçu Emil Hüseynovu öldürməkdə şübhəli bilinən erməni idmançı, qarışıq təkbətək döyüş üzrə idman ustalığına namizəd Tiqran Çiçakyan barədə hökm çıxarıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, sübutlar əsasında Tiqran Çiçakyan azərbaycanlı futbolçunu öldürməkdə təqsirli bilinib. Məhkəmə onun barəsində 9 il azadlıqdan məhrumetmə hökmü verib. Çiçakyan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
Xatırladaq ki, Emil Hüseynovla Çiçakyan arasında münaqişə Yekaterinburqda kafelərin birində baçş verib. Çiçakyan azərbaycanlı futbolçuya ən azı 3 bıçaq zərbəsi endirib. Hüseynov aldığı yaralardan hadisə yerindəcə keçinib.
.
