Bəstəkar Sevinc Tofiqqızı "Həyat gözəl” adlı yeni kompozisiya yazıb. 

Axşam.az-ın məlumatına görə, bəstəkar yeni işinə klip çəkdirib. 

O bildirib ki, Xəzərin sahilində lentə alınan ekran işinin rejissorluğunu İlham Yaşaroğluna həvalə edib:

"Onun kreativ, gözəl işləri var. Düşündüm ki, kompozisiyama gözəl klipi o çəkə bilər. Operatorluğu Emin Hüseynova həvalə etmişik. Fotolarımın müəllifi Ramin Aslanovdur. Bütün komanda işə can yandırdı. Kompozisiyanın aranjiman işini Osman Həmidov edib. Gözəl bir iş ərsəyə gətirdiyimizə inanıram. Ekran işi montaja verilib, hazır olduqdan sonra böyük təqdimat edəcəyəm”.

Foto: Ramin ASLANOV
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.