Almaniyanın Magderburg şəhərinə daimi yaşamaq üçün köçmüş azərbaycanlı ailə deportasiya olunub.
Əslən Azərbaycanın Astara rayonundan olan Ukrayna vətəndaşı Əliyev Baloğlan Şirməmməd oğlu həyat yoldaşı və 3 azyaşlı uşaqları ilə birlikdə artıq Berlindən Ukraynaya yola salınıb.
Onların hansı səbəbdən ölkədən çıxarılması açıqlanmayıb.
Azərbaycanlı ailə qərarla bağlı məhkəməyə şikayət etsə də, miqrasiya orqanları onların ölkədə qalmasına imkan verməyib.
.
