“Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard ABŞ dollarını ötüb. Məqsədimiz bu rəqəmi daha da artırmaqdır”.

Bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (Dış Ekonomik İlişkiler Kurumu - DEİK) sədri Nail Olpak “Türkiyə-Azərbaycan biznes əlaqələri” adlı onlayn görüşdə bildirib.

“Koronavirus pandemiyasına qarşı tədbirlər çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə əlavə 3 500 ton yük daşınmasını təmin edən konteyner ötürmə sistemi qurmaq hamımız üçün vacibdir. Pandemiya ölkələrdə əsasən turizm sənayesinə mənfi təsir göstərib. Amma sağlamlıq turizmi çərçivəsində iki ölkənin əməkdaşlığı mümkündür. Azərbaycanla Türkiyə arasında ticarətdə milli valyutalardan istifadə ilə bağlı məsələlər müzakirə olunur, bu da bizim həyatımıza rahatlıq gətirəcək”, - Türkiyə rəsmisi əlavə edib.

.