Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Bakıda keçirdiyi görüşlərdə birgə turizm layihələrinin icrasını və regionun beynəlxalq səviyyədə təqdimatını müzakirə edib.

Levan Davitaşvili səfəri çərçivəsində keçirdiyi görüşləri qiymətləndirərkən belə deyib.

O, iki ölkə arasında yaxın bağların və əlaqələrin olduğunu və bunun regiona xarici investisiyaların cəlb edilməsi baxımından vacib əhəmiyyət daşıdığını qeyd edib: “Biz sadəcə ölkələrimizin yaxın əməkdaşlığa dair geniş təcrübəsinin olduğu nəqliyyat, enerji, kommunikasiya kimi sadəcə spesifik strateji sahələrlə bağlı deyil, həmçinin rəqəmsal transformasiya, turizm sektorunda əməkdaşlıq, turizm infrastrukturuna daha çox investisiya cəlb edilməsi barəsində danışdıq”.

Levan Davitaşvili əlavə edib ki, bütün bunlar Gürcüstan və Azərbaycanın iqtisadi potensialından istifadə edilməsi ilə hər iki ölkənin iqtisadi böyüməsinin təşviqi üçün vacibdir.

.