Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.
İclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edir.
İştirakçılar MDB-nin fəaliyyətinin effektivliyinin artırılması üçün kompleks təşkilati və praktiki tədbirləri müzakirə edəcəklər. Eyni zamanda, oktyabrın 11-də keçiriləcək MDB Dövlət Başçıları Şurasına təqdim olunacaq sənəd layihələri nəzərdən keçiriləcək.
Bu sənədlər arasında korrupsiyaya qarşı mübarizədə ölkələr arasında əməkdaşlıq konsepsiyası, MDB dövlətlərinin hava-kosmik müdafiə məsələlərin həlli üzrə birgə hava hücumundan müdafiə sistemlərinə adaptasiyasının əsas istiqamətləri barədə sənəd var.
