 
                            Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Ötən gün Avropa Liqasının Liqa mərhələsinin IIl turunda Niderlandın "Ayaks" klubuna 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalını artıra bilməyib.
28-ci pillədə olan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. Ölkəmizlə eyni əmsala malik Bolqarıstan isə 27-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (94.303) başçılıq edir.
. 
                        
                        
 
                     
                    