2025-ci ilin 1 iyul tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri və Azərbaycan Mərkəzi Bankının ehtiyyatları) ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% və ya 7 milyard 931.3 milyon ABŞ dolları artaraq 77 milyard 669,5 milyon ABŞ dolları təşkil edib.

Cari il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5010,7 milyon ABŞ dollarına ( 8 518,19 milyon manat) bərabər olub və bu il üzrə proqnozlaşdırılan ÜDM-in 6.6%-ni təşkil edib.

Beləliklə, hesabat tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 15.5 dəfə üstələyib.

Xatırladaq ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10.5 dəfə, 2024-cü ildə isə 13.9 dəfə çox idi.

.