Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.

Qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 15 sm-ə çatıb, temperatur mənfi 7 dərəcəyədək enib.

Rayonun Qrız kəndində  qarın hündürlüyü 5 sm, Bostankeş kəndində 3 sm olub.

Xızının Altıağac qəsəbəsində 1 sm,Qusarın Ləzə kəndində 5 sm-ə qədər qar qeydə alınıb.

.