Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Beqlovla görüşüb.
Səfirlikdən verilən məlumata görə, söhbət zamanı iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycanın və Sankt-Peterburqun gənclər təşkilatları, musiqi və yaradıcılıq kollektivləri arasında dialoqun və qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
İki ölkə prezidentinin - İlham Əliyev və Vladimir Putinin Sankt-Peterburq Dövlət Universitetinin bazasında Azərbaycan-Rusiya universitetinin yaradılması haqqında verdiyi tapşırıqların icrasının gedişi, həmçinin görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin abidələrinin müvafiq olaraq Sankt-Peterburq və Bakıda qoyulması məsələsi ətraflı müzakirə edilib.
.